Paytaxtda küçə adları ilə bağlı Komissiya yaradılıb

Tokio, 29 aprel , /AJMEDIA/

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən, paytaxtdakı küçə-prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb.
BŞİH-nin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları icra hakimiyyətlərinin məsul nümayəndələri ilə yanaşı, tarixçi və dilçi alimlər də daxil edilib.
Komissiya Bakı şəhərində küçə-prospektlərin vahid məlumat bazasının yaradılması, eyniadlı, adsız küçələrin müəyyən edilməsi, onların müvafiq standartların, digər normativ-hüquqi aktların tələblərinə uyğun qaydada adlandırılması, adlarının dəyişdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasını təmin etməlidir.
Artıq Komissiyanın iclası keçirilib və iclasda Komissiyanın fəaliyyətinin rayon icra hakimiyyətləri ilə əlaqələndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, rayonlarda küçə-prospektlərin inventarlaşdırılması işlərinə başlanılıb. Eyniadlı, adsız küçələrin, həmçinin ərazidə yenidənqurma işləri nəticəsində yaranan yeni küçələrin müəyyənləşdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsi üçün tapşırıqlar verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts