“Payızın çalarları” adlı akvarel performansı təşkil olunub

Tokio, 7 oktyabr , /AJMEDIA/

“IWS Azerbaijan” və “IWS Khatai Art Center” tərəfindən “IWS Azerbaijan” Akvarel Cəmiyyətinin üzvü olan bir sıra rəssamlar tələfindən “Payızın çalarları” adlı akvarel performansı keçirilib.
Xətai Sənət Mərkəzindən AJMEDIA-ya bildirilib ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə təşkil olunan sərgidə rəssamlar akvarel texnikasında öz iş proseslərini nümayiş ediblər. Daha sonra isə akvarelist rəssamlar uzun bir vərəq üzərində payız əhval-ruhiyyəsini əks etdirən öz rəsmlərini çəkərək ümumi bir rəsm əsəri yaradıblar.
Qeyd edək ki, akvarel sənəti müasir dövrdə bütün dünyada geniş yayılıb və daim inkişafdadır. Dünya akvarelist rəssamları bir-biriləri ilə ünsiyyət quraraq sənət mübadiləsi aparır və bu sənəti inkişaf etdirirlər. Akvarel sənətinin sehrli bir cazibəsi var. Eyni zamanda, mürəkkəb və sadə, sərbəst və səbir tələb edən, addımlarını qabaqcadan planlaşdırmanı nəzərdə tutan və axarına buraxma kimi təzadları birləşdirən akvarel olduqca maraqlı bir texnikadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts