Pantomima Teatrı “Mən və Mən” tamaşasını təqdim edəcək

Tokio, 10 oktyabr , /AJMEDIA/

Oktyabrın 15-də Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yazıçı-dramaturq C.Dadaşovun “Mən və Mən” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.
AJMEDIA xəbər verir ki, tamaşa teatrın aktyoru Ceyhun Dadaşovun quruluşunda təqdim ediləcək. Səhnə əsərinin əsas mövzusu insanlıq, mərhəmət və humanizmdir.
Birhissəli tamaşanın bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə, musiqi tərtibatçısı Əməkdar Artist Elman Rəfiyevdir.
Qeyd edək ki, tamaşanın premyerası 2010-cu ildə baş tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts