Pakistanın Azərbaycandakı səfiri Binəqədi Gənclər Evində olub

Tokio, 7 aprel , /AJMEDIA/

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon gənclər və idman idarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə fəxri qonaq layihəsi çərçivəsində Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye ilə gənclərin görüşü olub.

Binəqədi Gənclər Evindən AJMEDIA-ya bildiriblər ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, rayon gənclər və idman idarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və gənclər iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva qonağa layihə haqqında məlumat verib. Moderator tərəfindən səfirə ölkələrimiz haqqında əməkdaşlıq, hərbi və iqtisadi əlaqələrimiz, Pakistan və Azərbaycan arasında olan dostluq münasibətlərinin tarixi, həmçinin Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən layihələrlə bağlı suallar ünvanlanıb.

Bilal Haye bildirib ki, Azərbaycan-Pakistan münasibətləri bu gün özünün ən yüksək inkişaf mərhələsindədir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra Pakistanla möhkəm təməllər üzərində qurulan siyasi əlaqələr daim inkişaf etdirilib və həmin münasibətlər bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəldilib.

Səfir qeyd edib ki, Pakistanın Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllində Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da, öz növbəsində, Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyir. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun Pakistanda böyük sosial layihələr icra etdiyini, zəlzələdən zərər çəkən ərazilərdə məktəblərin bərpası, o cümlədən Fondun dəstəyi ilə 2020-ci ildə İslamabadda fiziki qüsurlu şəxslər üçün əlil arabalarının paylandığını vurğulayıb.

Daha sonra səfir gənclərin suallarını cavablandırıb.

Sonda Bilal Hayeyə milli atributlarımızı özündə əks etdirən xatirə tablosu təqdim olunub. Səfir isə gənclərə Pakistan istehsalı və beynəlxalq turnirlərdə istifadə olunan futbol topu hədiyyə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts