Pakistan Azərbaycandan keçməklə Avropaya yükdaşımaları həyata keçirmək niyyətindədir

Tokio, 30 Sentyabr, /AJMEDIA/

Pakistanla Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) AJMEDIA-ya bildirilib ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ABADA-da olub. Görüşdə ikitərəfli münasibətlərin dərinləşməsi, əldə olunan razılaşmaların həyata keçirilməsi, nəqliyyat və yükdaşıma sahəsində layihələrin reallaşdırılması məsələləri müzakirə edilib. Səfir Bilal Haye ölkəsinin Azərbaycan üzərindən Avropaya yükdaşımaları həyata keçirmək niyyətində olduğunu diqqətə çatdırıb. Pakistanın “National Logistics Cell” logistika şirkətinin Azərbaycan və Türkiyəyə avtomobil nəqliyyatı ilə yükdaşımalara başladığını deyib.

Səfir bildirib ki, ölkəsinin milli logistika şirkəti Beynəlxalq Nəqliyyat Konvensiyası (TIR) çərçivəsində Beynəlxalq Nəqliyyat Birliyinin Pakistan Milli Səlahiyyətli Komitəsi tərəfindən regional nəqliyyat əməliyyatları üçün icazəsi var. Eyni zamanda, Azərbaycan üzərindən bu xidmətlərinin icra edilməsi üçün münasib şərtlərin olduğu qeyd edilib. B.Haye ölkəsinin ixrac imkanlarının artırılması üçün bu məsələyə xüsusi önəm verdiyini vurğulayıb.

Görüşdə Azərbaycan və Pakistan xalqları və dövlətləri arasında olan dostluq, qardaşlıq münasibətlərinin iqtisadi sahədə də davam etdiyini vurğulanıb. Azərbaycanın “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri, “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasındakı xüsusi rolundan bəhs edilib. Eyni zamanda, Zəngəzur dəhlizinin regional və beynəlxalq yükdaşımalara verəcəyi üstünlüklərdən danışılıb. Müzakirələr zamanı 2005-ci ildə ölkələrimiz arasında imzalanan “Nəqliyyat sahəsində əməkdaşlıq haqqında” memorandum barədə də məlumat verilib.

Səfirin daşımaların icrası zamanı sərhəddə tətbiq olunacaq prosedur qaydaları barədə suallarını cavablandırarkən bildirilib ki, gələcəkdə “İcazə vərəqə”lərinin mübadiləsi zamanı bu prosedur sayı əhəmiyyətli dərəcədə azalacaq.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir yaxın günlərdə Pakistandan Azərbaycana nümayəndə heyətinin səfər edəcəyini deyib. Qeyd edək ki, Pakistana məxsus ilk sınaq yük maşınları oktyabr ayının əvvəlində İrandan keçməklə Azərbaycana daxil olacaq. Bu münasibətlə Bakıda rəsmi tədbir də təşkil ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts