Özbəkistandan Azərbaycana ilk dəfə “kağız bürokratiyası”ndan yan keçərək yük partiyası daxil olub

Tokio, 10 yanvar , /AJMEDIA/

Quru meyvələr və təzə meyvələr olan dörd konteyner əvvəlcə yük maşını ilə Daşkənd Hava Limanına, oradan isə təyyarə ilə Bakıya çatdırılıb. Bu zaman yeni elektron proseduru – eTİR – daşınmalar üçün vahid tranzit icazəsindən istifadə edilib.
AJMEDIA bu barədə BMT-nin saytına istinadla xəbər verir.
Beləliklə, Azərbaycan və Özbəkistan arasında yeni “Beynəlxalq Yol daşımaları” elektron sistemi – eTİR beynəlxalq işarəsi vasitəsilə ilk tədarük baş tutub. Avropa İqtisadi Komissiyasında “beynəlxalq daşımalarda rəqəmsal dövrün başlandığı” elan edilib.
Nəqliyyat daşınmalarının şəraitinin yaxşılaşdırılması Mərkəzi Asiya və Qafqaz ölkələri arasında əməkdaşlığın inkişafında mühüm amillərdən biridir. TIR – vahid tranzit icazəsi layihəsi – bu ideyanın real təcəssümü oldu.
1975-ci ildə BMT-nin Avropa İqtisadi Komissiyasının himayəsi altında “BYD kitabından istifadə edərək malların beynəlxalq daşınması haqqında gömrük Konvensiyası” qəbul edilib. Konvensiyanın məqsədi sərhəddən keçən zaman yüklərin rəsmiləşdirilməsi prosedurlarını sadələşdirən yüklərin daşınması sisteminin yaradılmasıdır.
Yeni qaydaların reallığa çevrilməsi BMT-nin Avropa İqtisadi Komissiyasının BYD Katibliyinin beynəlxalq daşınmalar və tranzitin modernləşdirilməsinə yönəlmiş çoxillik səyləri sayəsində mümkün olmuşdur. BYD Konvensiyası, beynəlxalq səviyyədə tanınmış standart gömrük sənədi – BYD kitabından istifadə edərək malların transsərhəd tranzit daşınmasını asanlaşdıran beynəlxalq səviyyədə tanınmış bir proseduru nəzərdə tutur. Lakin, texnologiyanın inkişafı ilə BYD kağız kitabçasının istifadəsi, xüsusən də milli gömrük administrasiyaları tərəfindən tətbiq olunan elektron prosedurlarla əlaqələndirilməsinə gəldikdə, daha arxaik hala gəlir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts