Özbəkistanda Gülnarə Xəlilovanın “Qarabağ” kolleksiyasının təqdimatı olub

Tokio, 15 aprel , /AJMEDIA/

Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi əsasında Daşkənddə keçirilən “Şuşa günləri” çərçivəsində Qarabağ geyimlərinin moda sərgisi təqdim olunub.
AJMEDIA xəbər verir ki, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, modelyer-dizayner Gülnarə Xəlilovanın “Qarabağ” adlı kolleksiyası böyük maraqla qarşılanıb. Defiledə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Özbəkistan Ali Məclisinin deputatı, şair İqbal Mirzə, Türk dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Sureyya Er Türk, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov Azərbaycan və Özbəkistan arasında yüksələn xətlə inkişaf edən əlaqələr, tarixi və qardaşlıq münasibətlərindən bəhs edib, “Şuşa günləri”nin əhəmiyyətini vurğulayıblar. Həmçinin konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts