Özbəkistanda “Azərbaycan kino günləri” çərçivəsində azərbaycanlı rejissorun filmi nümayiş olunub

Tokio, 21 sentyabr , /AJMEDIA/

Özbəkistanda keçirilən “İpək Yolu dürdanəsi” XIV Daşkənd beynəlxalq kinofestivalı çərçivəsində bu ölkənin qədim Buxara şəhərində Buxara Dövlət Universitetində “Azərbaycan kinosu günləri”nə həsr olunmuş tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, tədbirdə şəhər hakimiyyətinin, yerli diaspora təşkilatı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, həmçinin Azərbaycandan olan kino xadimləri, eləcə də Buxara Dövlət Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.
Buxara vilayətinin hakim müavini Mirəli Xamrayev Azərbaycandan gələn qonaqlara öz təşəkkürünü bildirərək, bu növ tədbirlərin keçirilməsinin iki ölkə arasında dostluq və mədəni əlaqələrin daha da möhkəmlənməsinə səbəb olduğunu söyləyib.
Rejissor İlqar Nəcəf tədbir iştirakçılarını salamlayaraq, rejissoru olduğu filmin İkinci Dünya müharibəsinin dəhşətlərini özündə əks etdirdiyini bildirib. İlqar Nəcəf filmin ölkəmizdə geniş nümayiş olunması ilə yanaşı, onun beynəlxalq festivallarda nümayiş olunmasından məmnunluğunu ifadə edib.
Sonra XIV Daşkənd beynəlxalq kinofestivalı çərçivəsində İlqar Nəcəfin “Suğra və onun oğulları” filmi nümayiş etdirilib.
Qeyd edək ki, “İpək Yolunun dürdanəsi” beynəlxalq kinofestivalında hər il ölkəmiz geniş təmsil olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts