“Onlar qəhrəmandır” kitabı nəşr olunub

Tokio, 1 aprel , /AJMEDIA/

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi tərəfindən hazırlanan “Onlar qəhrəmandır” kitabı işıq üzü görüb.

AJMEDIA xəbər verir ki, kitabda Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın müqəddəsliyi, suverenliyi uğrunda gedən döyüşlərdə, eləcə də Sovet Ordusu sıralarında – Əfqanıstanda beynəlmiləlçilik borcunu şərəflə yerinə yetirən, Cəlilabad rayonunun Sabirabad kəndindən olan şəhidlər və qazilərin həyat yolundan, göstərdikləri qəhrəmanlıqdan bəhs olunur.

… Onlar həqiqətən qəhrəmandırlar. Şirin canlarını canlarından artıq sevdikləri Vətən yolunda şəhid etməkdən qürur duyanların, ölüm-dirim savaşında müxtəlif yaralar almış qazilərin bir adı var: Qəhrəman!

“Maarif” nəşriyyatında 104 səhifəlik nəfs şəkildə dərc olunan kitabın müəllifləri Faiq Balabəyli, Elnur Nəhmət və Kəmalə Səfərova, redaktoru Hüseyn Sözlüdür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts