Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tokio, 7 sentyabr , /AJMEDIA/

Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İB-dən AJMEDIA-ya bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS” Magistral Qaz Kəmərinin dayaqlar üzərinə qaldırılması, “30-cu Sahə” QPS-də əlaqələndiricinin və əymənin quraşdırılması ilə bağlı sentyabrın 8-i saat 08:00-dan etibarən işlər başa çatanadək “30-cu sahə”, “Xətai”, “Keşlə” və “Əhmədli” QPS-lərdən, magistral qaz kəmərindən qidalanan “Bakı-ES-MMC”, “Azərneftyağ” (5/6sex)”, “SOCARYDM-13”, “SOCARYDM-21” və “Körpü Tunel MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts