Nizami Gəncəvi haqqında film yaxın vaxtlarda təqdim olunacaq

Tokio, 19 dekabr , /AJMEDIA/

Cari ilin sonuna kimi dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında çəkilmiş “Sevgi hekayəsi” adlı bədii filmin təqdimatı olacaq.
AJMEDIA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.
O bildirib ki, ekran əsərinin təqdimatı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində olacaq. Tammetrajlı filmdə şairin həyat və yaradıcılığından bəhs edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts