“Netflix” “Cadugər” serialının üçüncü sezonuna qatılan adları açıqlayıb

Tokio, 15 aprel , /AJMEDIA/

“Netflix”in məşhur fantastik “Cadugər” (The Witcher) serialının üçüncü sezonunun çəkilişlərinə başlanılıb.

AJMEDIA xəbər verir ki, bu yaxınlarda çəkiliş meydançasına çıxan üçüncü sezonda seriala qatılan yeni personajlar “Netflix” tərəfindən açıqlanıb. Populyar ekran əsərinin yeni mövsümdəki aktyor heyətinə Robbi Amell, Meng’er Zhang, Hyu Skinner və Kristel Elvin kimi tanınmış simalar daxil olub.

Filmdə anadangəlmə döyüşçü olan Qalatin, Nilfgaard uğrunda döyüşən “Skoya’tael” adlı partizan ordusuna rəhbərlik edir. Həqiqəti danışmaqdan qorxmayan Qalatinin öz xalqına sədaqəti sonda onu Françeska ilə hakimiyyət uğrunda münaqişəyə aparır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts