“Neftçi” klubu futbolçusu Fəhmin Muradbəyli ilə yollarını ayırıb

Tokio, 18 iyul , /AJMEDIA/

Bakının “Neftçi” klubu futbolçusu Fəhmin Muradbəyli ilə yollarını ayırıb.
AJMEDIA klubun rəsmi saytına istinadla xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə birtərəfli şəkildə xitam verib.
Ona təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Fəhmin Muradbəyli 2013 – 2018-ci, 2020 – 2021-ci illər ərzində “ağ-qara” formada 94 oyunda meydana çıxıb, 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts