Nasim Əhmədşah: Nizaminin çoxlu əlyazmaları bu gün də Hindistanın kitabxanalarında, elmi mərkəzlərdə qorunub saxlanılır

Tokio, 28 Oktyabr, /AJMEDIA/

Nizami Gəncəvi öz dövründə bir körpü funksiyasını yerinə yetirib. Nizaminin fəlsəfi düşüncələri geniş coğrafiyanı və elmin müxtəlif sahələrini əhatə edir.

AJMEDIA xəbər verir ki, bu sözləri hindistanlı alim Nasim Əhmədşah Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində keçirilən “Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış” mövzusuna həsr olunmuş panel iclasda deyib.

“İndi yaranan böhranlar, iqlim dəyişiklikləri, insanlar arasında münasibətlərdəki uçurum və digər məsələləri həll etmək üçün biz yenidən Nizami Gəncəvi yaradıcılığına müraciət etməliyik. Bu baxımdan Azərbaycanın bəxti gətirib. Çünki Nizami Gəncəvin bu torpaqda dünyaya göz açıb, burada yaşayıb, yaradıb. Hindistanda da Nizami yaradıcılığına böyük dəyər verilir. Nizaminin çoxlu əlyazmaları bu gün də Hindistanın kitabxanalarında, elmi mərkəzlərdə qorunub saxlanılır, tədqiqatçıların diqqətini cəlb edir. Dahi mütəfəkkirin yaradıcılığında Şərq xalqlarının, eləcə də hind xalqının həyatı ilə bağlı olduqca maraqlı məlumatlar var. Nizami Hindistanı qədim bir ölkə kimi tərənnüm edir, “Yeddi gözəl” poemasında yeddi gözəldən biri hind şahzadəsidir. Bundan başqa, “İsgəndərnamə” poemasında İsgəndər Hindistana hücum edəcəyi ilə bağlı məktub göndərir. Hind padşahı son dərəcə ağıllı qərar qəbul edərək məmləkətini fəlakətdən qurtarır. Nizaminin əsərlərində Hindistanla bağlı belə maraqlı məqamlar çoxdur. Bu da onu göstərir ki, Azərbaycanla Hindistan arasındakı mədəni əlaqələrin kökləri çox qədimdir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts