“Nasa – Space Apps Challenge Baku” hakatonu keçirilir

Tokio, 9 oktyabr , /AJMEDIA/

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının dəstəyi ilə keçirilən “Nasa – Space Apps Challenge” hakatonunun Bakı bölməsinin yarışına start verilib.

Assosiasiyadan AJMEDIA-ya bildirilib ki, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı, İnnovasiyalar Mərkəzinin baş sponsorluğu ilə keçirilən hakaton böyük marağa səbəb olub. 114 ölkədən 350 şəhərdə eyni vaxtda keçirilən bu yarışmalar sırasında Bakı hakatonu iştirakçı sayına görə dünya üzrə ilk 10-luqda qərarlaşıb.

Hakatonun açılış tədbirində AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov çıxış edərək, iştirakçıların sayının çox olmasının əlamətdar hadisə olduğunu qeyd edib və gənclərə uğurlar arzulayıb.

Hakatonun qalibləri oktyabrın 11-də elan olunacaq. İki gün keçiriləcək yarışda iştirakçılar müxtəlif innovativ mövzularda öz layihələrini və ya proqram təminatı məhsullarını təqdim edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts