Musiqili Teatr balaca tamaşaçıları unutmayıb

Tokio, 11 noyabr , /AJMEDIA/

Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balaca tamaşaçılar üçün hazırlanan “Yatmış gözəl və cırtdanlar” tamaşası nümayiş olunacaq.
AJMEDIA xəbər verir ki, Ş.Peronun “Yatmış gözəl” hekayəsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysteri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Zülfiyyə Sadıxova, Fidan Babayeva, baş dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.
Xatırladaq ki, hər zaman aktyorların məharətlə çıxış etdiyi səhnə əsəri üçün bu dəfə də zəngin dekorasiya hazırlanacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts