Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar

Tokio, 18 iyul , /AJMEDIA/

Türkiyənin Antalya şəhərində Kəmər bələdiyyəsinin təşkilatçılığı ilə Yetenekler Beynəlxalq “Showmir Türkiye” adlı müsabiqə keçirilib.
AJMEDIA xəbər verir ki, müsabiqədə ölkəmizi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri təmsil ediblər.
Müsabiqədə uğurla çıxış edən şagirdlər Azərbaycan və xarici bəstəkarların əsərlərini səsləndiriblər.
Məktəbin şagirdləri Nərgiz Fərəcli müsabiqənin Qran-Pri mükafatına, Samirə Cəfərli, Abdulqədir Əzizzadə birinci yer, Lalə Nəcəfova ikinci yerə layiq görülüblər.
Şagirdlərin professional hazırlığına görə müəllim, Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovaya və müsabiqədə məktəb şagirdlərinin iştirakının təşkilinə görə məktəbin direktoru Sevil Ələkbərovaya “təşəkkürnamə” verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts