“Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq

Tokio, 24 yanvar, /AJMEDIA/

Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri AVTO FM-də (107.7) yayımlanan “AzerNyuMedia” şirkətinin “Cinema Radio” kino-radio kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq.

AJMEDIA xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mükafat il ərzində fəaliyyətində müasir audiovizual düşüncəsi ilə seçilən şəxslərə təqdim edilir.

Mükafat ilk dəfə 2019-cu ildə təqdim olunub. 2020-ci ildə mükafat Azərbaycanın inklüziv teatrı olan “Əsa” teatrı haqqında çəkilmiş “Döngə” sənədli filminin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevaya Bakı Qısa Filmlər Festivalı çərçivəsində verilib.

“Cinema Radio” Kino Radio Kanalının III “Müasir Audiovizual Baxış” Mükafatı 2021-ci ilin yekunlarına əsasən təqdim olunacaq. Tədbir yanvarın 26-da “CinemaPlus” kinoteatrlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən kinoteatrında keçiriləcək. Təqdimetmə mərasimi Mədəniyyət Nazirliyi və “CinemaPlus”un dəstəyi ilə reallaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts