Milli Xalça Muzeyində “Zamana qalib gələn milli irsimiz” adlı sərgi açılacaq

Tokio, 12 yanvar , /AJMEDIA/

Yanvarın 12-də Azərbaycan Milli Xalça Muzeyində “Zamana qalib gələn milli irsimiz” adlı sərgi açılacaq.

Muzeydən AJMEDIA-ya bildirilib ki, sərgidə 2022-2023-cü illər ərzində muzeyin Xalça və dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa və profilaktik nəzarət şöbəsində konservasiya olunmuş 30-dək eksponat təqdim ediləcək. Onlara XVII–XX əsrlərə, həmçinin müasir dövrə aid nadir xalçalar, nəfis xalça məmulatları, zərif tikmələr, milli geyim və qiymətli zərgərlik nümunələri, bədii metal və saxsı qablar aiddir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts