Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı növbəti iclas keçirilib

Tokio, 11 avqust, /AJMEDIA/

Azərbaycanda rəqəmsal idarəetmənin inkişafı və dövlət xidmətlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üzrə işlər davam etdirilir.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bu istiqamətdə fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupunun növbəti iclası keçirilib.

Nazirlikdən AJMEDIA-ya bildirilib ki, dövlət qurumlarında mövcud olan məkan məlumatlarının vahid sistemə – “Milli Məkan Məlumatları” informasiya sisteminə inteqrasiyası prosesi, bununla bağlı texniki və təşkilati işlər, habelə qarşıda duran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, dövlətimizin başçısının müvafiq fərmanları ilə “Milli Məkan Məlumatları” informasiya sisteminin hazırlanması İqtisadiyyat Nazirliyinə həvalə edilib. Sistem gələcəkdə şəhərsalma, kənd təsərrüfatı, əmlak idarəçiliyi və digər sahələrdə rəqəmsal qərarların qəbulunu asanlaşdıracaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts