Milli Məclisin yaz sessiyasında növbəti plenarı iclas keçirilir

Tokio, 12 aprel , /AJMEDIA/

Aprelin 12-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir.

AJMEDIA xəbər verir ki, iclasın gündəliyinə altı məsələ daxil edilib.

1.Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

2. Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.

3. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi;

4. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

5. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Follow us on social

Facebook Twitter Youtube

Related Posts