Milli Kitabxanada “Aprel döyüşləri” adlı virtual sərgi açılıb

Tokio, 2 aprel , /AJMEDIA/

Aprel döyüşlərinin 6-cı ildönümü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Aprel döyüşləri” adlı virtual sərgi açılıb. Kitabxanadan AJMEDIA-ya bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

Azərbaycan ordusunun Qələbəsi ilə bitən Aprel döyüşlərindən altı il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm linkindən istifadə edə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts