Milli Kitabxanada “18 Sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi açılıb

Tokio, 19 sentyabr , /AJMEDIA/

XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının proqramına müvafiq olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “18 Sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.
Xatırladaq ki, 1995-ci ildə Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts