Milli Dram Teatrında Xalq artisti İsmayıl Osmanlının xatirəsi anılacaq

Tokio, 8 aprel , /AJMEDIA/

Aprelin 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti İsmayıl Osmanlının 120 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Teatrın mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, xatirə gecəsində görkəmli sənətkar İsmayıl Osmanlının Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılacaq, yaratdığı obrazlara nəzər salınacaq.

Daha sonra “Dəli yığıncağı” tamaşası nümayiş olunacaq. Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşçu rejissoru olduğu yeni səhnə əsərinin bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, növbətçi rejissoru Mehman Fətullayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşada səhnə hərəkəti və plastika Ceyhun Dadaşova məxsusdur.

“Dəli yığıncağı” pyesini Cəlil Məmmədquluzadə 1927-ci ildə Bakıda yazıb. Əsər özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə şərti, simvolik xarakterdədir. Əsas ideya dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts