Tokio, 27 iyun , /AJMEDIA/
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən KOBİA Azərbaycanda mikro, kiçik və orta biznesin inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstərir, müxtəlif dəstək mexanizmləri ilə daim KOB-ların xidmətindədir.
AJMEDIA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir biznesin qurulması və inkişafı, innovativ ideyaların reallaşdırılmasına dəstək istiqamətində Agentliyin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.