Mahnı Teatrında konsert proqramı təqdim olunub

Tokio, 9 fevral , /AJMEDIA/

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında konsert proqramı təqdim olunub.

Teatrdan AJMEDIA-ya bildirilib ki, konsertdə Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, solistlər Aynur İsgəndərli, Ayşən Mehdiyeva, Rövşən Qəhrəmanov, Fəxri Kazım- Nicat və Ramazan Şərifzadə xalq və bəstəkar mahnılarından ibarət musiqi çələngi təqdim ediblər.

Xalq artistləri çıxışlarında bir vətəndaş kimi 44 günlük Vətən müharibəsində xalqımıza Zəfər qazandırmış Prezidentimiz və vətənimiz Azərbaycanla fəxr etdiklərini dilə gətiriblər.

Şən, şux ifalarla davam edən gecədə müğənniləri Dövlət Mahnı Teatrının instrumental ansamblı müşayiət edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts