Mahaçqalada “Azərbaycan geyimi” adlı sərgi təşkil edilib

Tokio, 24 oktyabr , /AJMEDIA/

Rusiyanın Mahaçqala şəhərində yaşayan Azərbaycan icması Dağıstanda keçirilən Mədəniyyət və Dil Gününə həsr olunmuş tədbirdə iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDIA-ya bildirilib ki, Mahaçqala şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə Dostluq Evində baş tutan tədbirdə “Azərbaycan geyimi” adlı sərgi nümayiş olunub.
Tədbirdə çıxış edən Mahaçqala şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin rəhbəri Rakif Əzizov bütün dağıstanlıları əlamətdar gün münasibətilə təbrik edib. Azərbaycan dili və mədəniyyətinin Dağıstandakı mədəni müxtəlifliyi daha da zənginləşdirdiyini, soydaşlarımızın respublikada hökm sürən multikulturalizm və tolerantlıq dəyərlərinə töhfələr bəxş etdiyini diqqətə çatdırıb.
“Xalq geyiminin rəngarəngliyi” layihəsi çərçivəsində təşkil olunan sərgidə Azərbaycan mədəniyyətini əks etdirən kitablar, portretlər, fotolar və milli geyimlərimiz nümayiş etdirilib, azərbaycanlı uşaqlar doğma dilimizdə şeirlər səsləndiriblər.
Bu sərginin açılışında dəstəyinə görə Azərbaycan icmasının rəhbərliyi və fəalları Dağıstan Respublikası başçısının administrasiyası və hökuməti adından təşəkkürnamə ilə təltif ediliblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts