“Maestrosuz 15 il” adlı tədbiri təşkil olunacaq

Tokio, 25 aprel , /AJMEDIA/

Aprelin 27-də dünya şöhrətli musiqiçi, violenç ifaçısı və dirijor, həmvətənimiz Mstislav Rostropoviç vəfatının 15-ci ildönümü tamam olacaq.
AJMEDIA xəbər verir ki, bu məqsədlə elə həmin gün maestronun doğulduğu evdə – L.və M.Rostropoviçlərin ev-muzeyində “Maestrosuz 15 il” adlı tədbir keçiriləcək.
Maestronun əziz xatirəsinə həsr olunmuş klassik musiqi gecəsində Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx, Respublika və beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçülərinin ifasında klassik əsərlər səsləndiriləcək. Həmçinin muzeyin əməkdaşı, Prezident təqaüdçüsü, İkinci Qarabağ müharibəsi qazisi, bəstəkar Vüqar Məmmədzadənin “Trio” əsərinin təqdimatı keçiriləcək. Bununla yanaşı, kinorejissor Z.Şıxlinskinin M.Rostropoviçə həsr etdiyi “Doğma diyar” filminin yeni versiyası nümayiş olunacaq. Daha sonra 150 nömrəli tam orta məktəbin şagirdləri Maestroya həsr edilmiş “Violonçel ustadı” və “Maestro və Zaman” adlı şeirləri səsləndirəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts