“Mərmər soyuğu” tammetrajlı bədii filmi Avropanın ən böyük film festivalında iştirak edəcək

Tokio, 24 oktyabr , /AJMEDIA/

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi “PÖFF | Tallinn Black Nights” (“Qara Gecələr”) Film Festivalının əsas müsabiqə proqramına daxil edilib.
Mədəniyyət Nazirliyindən AJMEDIA-ya bildirilib ki, Avropanın ən böyük film festivallarından olan “PÖFF | Tallinn Black Nights” bu il noyabrın 11-dən 27-dək keçiriləcək.
Sözügedən festivalın əsas müsabiqə proqramında ilk dəfədir ki, Azərbaycan filmi iştirak edir. “Mərmər soyuğu” festivalın əsas müsabiqə proqramında iştirak edən 23 filmdən biridir və bu, filmin dünya premyerasıdır.
Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.
Filmin ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo (Hollandiya), quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, prodüseri Fariz Əhmədov, kreativ prodüseri İradə Bağırzadədir.
Ekran əsərində əsas rolları Elşən Əsgərov, Natavan Abbaslı və Qurban İsmayılov ifa edirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts