Lənkəranda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Tokio, 15 noyabr , /AJMEDIA/

Lənkəranda Vətən müharibəsi şəhidi İbadlı Araz Babəli oğlunun anım günü qeyd olunub. Mərasimdə şəhidin Ürgə kənd qəbiristanlığındakı məzarı ziyarət edilib, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.
AJMEDIA xəbər verir ki, anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb. Rayon rəhbəri bildirib ki, Vətən uğurunda canını fəda edənlər unudulmur və hər zaman insanların qəlblərində yaşayır: “Qəhrəmanlarımızın xatirəsinin əziz tutulması, gələcək nəsillər arasında təbliğ edilməsi dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə bütün addımlar məqsədyönlü şəkildə atılır və proses ali siyasi rəhbərliyin birbaşa nəzarətindədir”.
Şəhid valideynləri də onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, şəhid Araz İbadlı ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts