KOBİA Yaponiyanın KOB sahəsində fəaliyyət göstərən qurumları ilə aktiv əməkdaşlıqda maraqlıdır

Tokio, 5 sentyabr , /AJMEDIA/

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ötən dövrdə yapon investorlarına da dəstək göstərib və Yaponiyadan olan daha çox şirkətə Azərbaycanda öz bizneslərini qurmağında kömək etməyə hazırdır.
KOBİA-dan AJMEDIA-ya bildirilib ki, bu barədə qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasında deyib. O, Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib, KOBİA-nın Yaponiyanın KOB sahəsində fəaliyyət göstərən aidiyyəti qurumları ilə praktik əməkdaşlığın qurulması üzrə aktiv işləməyə hazır olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, əsas diqqət isə hər iki ölkənin biznesləri arasında əlaqələrin inkişafına yönəldiləcək. KOBİA ötən dövrdə yapon investorlarına da dəstək göstərib və Yaponiyadan olan daha çox şirkətə Azərbaycanda öz bizneslərini qurmağında kömək etməyə hazırdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts