KOBİA rəhbərliyi Moldovaya səfər çərçivəsində bir sıra görüşlər keçirib

Tokio, 25 may , /AJMEDIA/

KOBİA və Moldovanın müvafiq qurumları arasında keçirilmiş görüşlərdə KOB sahəsində əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
KOBİA-dan AJMEDIA-ya bildirilib ki, Moldova Respublikasına səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Kişinyovda Moldovanın müvafiq qurumları ilə görüşlər keçirib.
Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin dövlət katibi Viorel Qaraz ilə görüşdə ölkəmizdə KOB-ların inkişafı siyasəti, dəstək mexanizmləri və KOBİA-nın fəaliyyəti barədə məlumat verilib. Agentliyin KOB sahəsində ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsinə və ölkəmizdə tətbiqinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb, Moldovanın KOB-ların inkişafına yönəlmiş dəstək siyasətinin öyrənilməsinə maraq ifadə edilib. Qeyd olunub ki, KOBİA ölkələrimizin biznes subyektləri arasında davamlı və uzunmüddətli əlaqələrin qurulmasına səlahiyyətləri çərçivəsində dəstək göstərməyə hazırdır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının (ODA) direktoru Dumitru Pintea arasında görüşdə Agentliyin xarici ölkələrin KOB-lara dəstək və xidmət göstərən qurumları ilə, o cümlədən ODA ilə əməkdaşlığın qurulmasına və inkişafına önəm verdiyi vurğulanıb. Bildirilib ki, KOBİA və ODA-nın əməkdaşlığı hər iki ölkənin KOB-ları arasında əlaqələrin genişlənməsi, birgə təşəbbüslərin reallaşdırılması baxımından faydalıdır. Görüşdə institusional əməkdaşlıq, biznesə dəstək alətləri və gələcək birgə təşəbbüslər, eləcə də tərəflər arasında əməkdaşlığa dair imzalanması nəzərdə tutulan sənəd layihəsi müzakirə edilib.
Moldova Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Sergiu Harea ilə görüşdə isə biznes dairələri arasında əlaqələrin inkişafı istiqamətində əməkdaşlıq və bunun üçün birgə platformaların yaradılması imkanları nəzərdən keçirilib, KOB-ların iştirakı ilə birgə sərgilərin təşkili və dəstəklənməsinə, təlimlərə və məsləhət xidmətinin göstərilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüşlərdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts