KOBİA nümayəndələri daha bir müəssisənin fəaliyyəti ilə tanış olublar

Tokio, 28 may , /AJMEDIA/

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Bakının Sabunçu rayonunda yerləşən “GemZA Group”da olub.
KOBİA-dan AJMEDIA-ya bildirilib ki, şirkət mühəndislik, təchizat, inşaat, neft və qeyri-neft sektoru üçün avadanlıqların istehsalı və tədarükü sahələrində fəaliyyət göstərir. “GemZA Group” sənaye məhsulları üzrə bir sıra dünya brendlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Şirkətdə 70-dən çox işçi çalışır. Müəssisənin texniki biliklərin öyrədilməsi üzrə akademiyası da fəaliyyət göstərir.
Müəssisə ilə tanışlıq çərçivəsində “GemZA Group”un rəhbərliyi ilə istehsalın genişləndirilməsi, xidmət çeşidinin artırılması və ixracla bağlı fikir mübadiləsi aparılıb, KOBİA-nın qeyd olunan istiqamətlərdə səlahiyyətləri çərçivəsində göstərə biləcəyi dəstək tədbirləri qeyd edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts