KİV: Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubu ilə müqavilə imzalayıb

Tokio, 31 dekabr , /AJMEDIA/

“Qızıl top”un beşqat sahibi Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubu ilə müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu ilə bağlanan müqavilə ikiillikdir.
Daha əvvəl İspaniyanın “Marca” qəzeti yazmışdı ki, müqavilənin ümumi məbləği təxminən 100 milyon avro qiymətləndirilir. Nəşrin yazdığına görə, Ronaldo daha 100 milyon avronu reklam müqavilələrindən alacaq ki, bu da onu dünyanın ən çox maaş alan idmançısı edəcək.
Qeyd edək ki, noyabrın 21-də İngiltərənin “Mançester Yunayted” klubu portuqaliyalı ilə müqaviləni qarşılıqlı razılaşma əsasında pozduğunu açıqlayıb. Bu, Ronaldonun Qətərdə keçirilən dünya çempionatından əvvəl Britaniyanın “The Sun” nəşrinə verdiyi müsahibədə Hollandiya yığmasının hazırkı baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini deməsindən sonra baş verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts