Kitabxanada “Şuşa İli” ilə bağlı tədbir təşkil edilib

Tokio, 12 noyabr , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Şuşa İli” ilə bağlı “Əziz Şuşa, sən azadsan!” adlı tədbir təşkil olunub.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xətai rayon MKS-nin Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Gülnar Məmmədova Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan, şuşalıların yaşadıqları çətinliklərdən söz açaraq, Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, həmçinin yetişməkdə olan gənc nəslə çatdırmağın vacibliyindən danışıb.
Daha sonra baş metodist Fərəhnisə Məmmədova bildirib ki, Şuşa, ümumiyyətlə, Qarabağ hər bir azərbaycanlı üçün müqəddəs yerdir: “Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2022-ci il “Şuşa İli” elan edilib. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Şuşa Qarabağın incisidir və Şuşasız Azərbaycanı təsəvvür etmək mümkün deyil”.
Bədii hissədə məktəblilər Şuşanı vəsf edən mahnılar, şeirlər səsləndiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts