Kitabxana Zərifə xanım Əliyevaya həsr olunmuş sərgini istifadəçilərə təqdim edib

Tokio, 28 aprel , /AJMEDIA/

Bu gün XX əsr Azərbaycan tarixinin görkəmli simalarından olan Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü tamam olur. Bu münasibətlə Respublika Gənclər Kitabxanası xalqımızın dəyərli ziyalısı Zərifə xanım Əliyeva haqqında geniş miqyaslı informasiyanı istifadəçilərə çatdırmaq məqsədilə “Qaranlığa nur saçan zəka” adlı virtual sərgi və “Akademik Zərifə Əliyeva” başlıqlı ənənəvi kitab sərgisi hazırlayıb.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, virtual sərgidə Zərifə xanımın həyat və fəaliyyəti, müəllifi olduğu əsərləri, onun haqqında yazılan kitablar və monoqrafiyalar (Azərbaycan, ingilis və rus dilində) öz əksini tapıb. Virtual sərgidə 27 tam mətnli kitabın təsviri, onlar haqqında məlumatlar, kitabın yerləşdirildiyi linklər, sitat və şəkillər verilib. Hazırlanan material kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.
Kitabxanada təşkil edilən “Akademik Zərifə Əliyeva” başlıqlı ənənəvi sərgidə Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən kitablar, dərc edilən mətbuat materialları, görkəmli şəxslərin onun haqqında dedikləri fikirlər, kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik siyahı sərgilənməkdədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts