“Kimdir müqəssir?” tamaşası yenidən səhnədə

Tokio, 27 oktyabr , /AJMEDIA/

Oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli dramaturq Ə.Haqverdiyevin “Kimdir müqəssir?” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş ediləcək.
Tatardan AJMEDIA-ya bildirilib ki, quruluşçu rejissoru İradə Gözəlova olan səhnə əsərində bir ailənin timsalında qadın və kişi münasibətlərindəki ümumbəşəri ziddiyyətlər incə yumorla tamaşaçılara çatdırılır.
Quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri Xalq artisti Təranə Muradova və Qalina Semyonova, rejissor assistenti Elməddin Dadaşov olan səhnə əsərindəki musiqilər Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun ifasında səsləndirilir.
Qeyd edək ki, tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 2013-cü il mayın 6-da keçirilib. Tamaşa birinci Şəki Beynəlxalq Teatr Festivalında iştirak edib və fəxri diplomla təltif olunub.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts