Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Tokio, 3 mart , /AJMEDIA/

Bu ilin yanvar ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artıb.

AJMEDIA xəbər verir ki, kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 491.2 milyon manat təşkil edib. Bunun da 95.4 faizi (468.5 milyon manat) heyvandarlıq sahəsinin, 4.6 faizi (22.7 milyon manat) bitkiçilik sahəsinin payına düşüb.

Yanvar ayında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2,9 faiz təşkil edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts