Jenisbek Piyazov Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsertlə çıxış edəcək

Tokio, 28 yanvar, /AJMEDIA/

Özbəkistanın Əməkdar artisti, opera müğənnisi Jenisbek Piyazov Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsertlə çıxış edəcək. Klassik əsərlərin ifaçısı bu barədə özünün instaqram səhifəsində elan edib.

AJMEDIA Özbəkistan KİV-nə istinadla xəbər verir ki, Piyazov azərbaycanlı müğənni, aktyor və bəstəkarın ən populyar və ürəkaçan kompozisiyalarını ifa edəcək.

Ən yüksək səviyyədə müxtəlif repertuara malik görkəmli ustad Müslüm Maqomayev Azərbaycanın çoxəsrlik mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Onun orijinal xarakterli və bütövlükdə sovet estradasını yeni mərhələyə yüksəldən təkrarsız yaradıcılığı musiqi tarixində ayrıca mərhələ təşkil edir. Dahi ustad opera vokal ifasının valehedici nümunələrini yaradıb, milyonlarla insanın sevgisi ilə qarşılanan mahnılar bəstələyib, həmçinin kino sahəsində tərifəlayiq fəaliyyət həyata keçirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts