İşğaldan azad olunmuş ərazilərdəki layihələrə Böyük Britaniyadan daha çox şirkət cəlb edilə bilər

Tokio, 7 iyul , /AJMEDIA/

Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki layihələrə Böyük Britaniyadan daha çox şirkəti cəlb edilə bilər.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AJMEDIA-ya bildirilib ki, bu barədə AZPROMO-da keçirilən görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld bildirib.
Görüş zamanı agentliyin rəhbəri Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri, ixracın təşviqi mexanizmləri, o cümlədən “Made in Azerbaijan” brendi və logistikanın subsidiyalaşması haqqında danışıb. Ticarət və investisiya sahələri ilə yanaşı təhsil, kibertəhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında da birgə fəaliyyət üçün geniş potensialın mövcudluğu diqqətə çatdırılıb. Bununla yanaşı, sözügedən iqtisadi potensialın reallaşdırılması çərçivəsində Böyük Britaniya Ticarət Palatasının ölkədəki fəaliyyətinin rolu vurğulanıb.
Səfir Fergus Auld iki ölkənin bir çox istiqamətlərdə ikitərəfli əməkdaşlıq və qarşılıqlı faydalı fəaliyyətlə dəstəklənən güclü siyasi və iqtisadi əlaqələrini qeyd edərək, Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirak etdiyini bildirib. Səfir daha çox şirkətin sözügedən ərazilərə cəlb edilməsinə və Böyük Britaniyanın Azərbaycandakı qeyri-neft investisiya portfelinin artırılmasına dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Bu istiqamətdə Böyük Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizə cəlb olunması ilə bağlı potensial sahələrin müəyyənləşdirilməsinə dəstək göstəriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts