İşğaldan azad edilmiş ərazilərdə vergi güzəştləri kimlərə tətbiq olunur?

Tokio, 5 avqust , /AJMEDIA/

İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.
AJMEDIA Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azaddır.
Eyni zamanda, işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri də cari ilin yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib.
Qeyd olunub ki, 2023-cü ildə vergi və sosial sığorta qanunvericiliyində edilən dəyişikliklər işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergiödəyicilərinə münasibətdə tətbiq edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts