“İrAero” Ufadan Bakıya uçuşları bərpa edir

Tokio, 3 aprel , /AJMEDIA/

Rusiyanın “İrAero” aviaşirkəti Başkortostan Respublikasının paytaxtı Ufadan Bakıya uçuşları bərpa edir.

AJMEDIA xəbər verir ki, bu barədə Ufa aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Bakıya aviareyslər aprelin 4-dən başlayacaq. Ufadan uçuşlar hər cümə axşamı günü “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək. Uçuş yerli vaxtla saat 11:00-da olacaq. Təyyarə Ufadan Bakıya 2 saat 40 dəqiqəyə çatacaq.

Aeroportun mətbuat xidmətindən bildirilib ki, Bakıdan Ufaya əks istiqamətdə uçuşlar, həmçinin Azərbaycanın milli aviadaşıyıcısı “Azerbaijan Airlines” və Rusiyanın “Utair” aviaşirkəti tərəfindən həyata keçirilməkdə davam edir

Follow us on social

Facebook Twitter Youtube

Related Posts