Tokio, 4 dekabr , /AJMEDIA/
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən AJMEDIA-ya bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 41 min 914 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 387 milyon 441 min 960 manatdır.