İordaniyalı nazir: Azərbaycanla ticarət dövriyyəsinin iki dəfə artırılmasında maraqlıyıq

Tokio, 4 Noyabr, /AJMEDIA/

İordaniya dost ölkə olan Azərbaycanla ticarət dövriyyəsinin iki dəfə artırılmasında maraqlıdır. Hesab edirəm ki, bunun üçün bütün imkanlar mövcuddur.

AJMEDIA xəbər verir ki, bu sözləri İordaniyanın sənaye, ticarət və təchizat naziri Yusif Şimali Azərbaycanın krallıqdakı səfiri Eldar Səlimovla görüşündə deyib. Nazir əlavə edib ki, iki ölkənin iş adamları arasında iqtisadiyyatın müxtəlif sahələrində sərmayə layihələrinin həyata keçirilməsi də zəruridir. Onun sözlərinə görə, hazırda İordaniya ilə Azərbaycan arasında ticari əlaqələr qənaətbəxş olsa da, əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasının geniş potensialı var.

Görüşdə qeyd olunub ki, iki ölkə arasında ticari əlaqələr İordaniyanın farmasevtika və kimya məhsulları, dəmir və polad ixracatını əhatə edir. İordaniya tərəfi bu siyahını daha da genişləndirmək, həmçinin yerli şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələr qoymasını təşviq etmək niyyətindədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts