İndiyədək sənaye zonalarına 6,5 milyard manat sərmayə yatırılıb

Tokio, 25 aprel , /AJMEDIA/

Ötən il sənaye zonalarının ölkə üzrə qeyri-neft sənaye məhsullarının istehsalında xüsusi çəkisi 16,7 faiz, qeyri-neft sənaye məhsullarının ixracında payı isə 29,5 faiz olub.
AJMEDIA xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
O bildirib ki, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilir. Bu günə qədər sənaye zonalarına yatırılan sərmayələrin ümumi həcmi 6,5 milyard manat təşkil edir, 10 min 100 çox daimi iş yeri açılıb. Yaxın gələcəkdə mövcud layihələr üzrə əlavə olaraq 600 milyon manatdan çox investisiyanın yatırılması və 4800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
S.Ələkbərov qeyd edib ki, Sumqayıt Sənaye Parkının rezidentləri bu günədək 7366 milyon manat dəyərində məhsul istehsal edib, onun da 2674 milyon manatlığı xaricə ixrac olunub. Təkcə 2022-ci ildə satış 2711 milyon manat, ixrac 1039 milyon manat olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts