İnam Kərimov: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkələrimiz arasında ticarət əlaqələrini inkişaf etdirməyə təkan verə bilər

Tokio, 6 may , /AJMEDIA/

Ticarət istənilən uğurlu transformasiya üçün mühüm vasitədir. Yaxşı qurulmuş ticarət əlaqələri həm də müasir texnologiyaların və qabaqcıl təcrübələrin transferini təmin edir. Azərbaycan nəqliyyat və logistika qovşağı imkanlarına görə Avrasiyanın əsas ölkələrindən birinə çevrilməyi bacarıb.
AJMEDIA xəbər verir ki, bu fikri Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransın açılışında söyləyib.
Nazir deyib: “Həyata keçirilən layihələr nəticəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm ticarət körpüsünə çevrilib. Əldə edəcəyimiz nailiyyətlər ölkələrimiz arasında ticarət əlaqələrini inkişaf etdirməklə yanaşı, daha sıx əməkdaşlığa təkan verə bilər”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts