Hulusi Akar: “İki dövlət, bir millət, bir ordu!” anlayışı ilə Azərbaycanın yanındayıq

Tokio, 24 dekabr , /AJMEDIA/

Can Azərbaycan otuz il işğal altında saxlanılan öz torpaqlarını 44 günlük “Tək Vətən hərəkatı” ilə Ermənistanın işğalından azad etmişdir. Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsi, təlim və təhsil fəaliyyətlərində iştirak edir. İşğaldan azad edilən Azərbaycan bölgələrinin minalardan təmizlənməsi davam etdirilir. Bu çərçivədə 12 min nəfərlik heyətə təlim keçirilib, 4 min 500 partlayıcı aşkarlanıb, həmçinin 284 kvadrat kilometr ərazini minalardan təmizləmişik.
AJMEDIA xəbər verir ki, bu fikirləri Türkiyə milli müdafiə naziri Hulusi Akar cari ilin yekunları ilə bağlı Ankarada keçirdiyi mətbuat konfransında ifadə edib.
Türkiyənin Qafqaz bölgəsinin də sahibliyinə önəm verdiyini, bölgədə sülhün yaranmasına ciddi səylər göstərdiyini və bu çərçivədə həftə içində (dekabrın 21-də) Kayseridə Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri ilə önəmli rola malik birgə toplantı keçirdiklərini xatırladan müdafiə naziri Hulusi Akar deyib: “İki dövlət, bir millət, bir ordu!” anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğumuz Azərbaycan türklərinin haqlı yolunda bundan sonra da yanında olmağa davam edəcəyik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts