Horadiz dəmir yolu stansiyasının ərazisində xeyli sayda silah-sursat tapılıb

Tokio, 11 yanvar, /AJMEDIA/

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Horadiz dəmir yolu stansiyası ərazisində 2 qumbara, 1 qumbaraatan mərmisi, “AK-74” markalı avtomat silah, müxtəlif çaplı 1496 patron, “R-392” markalı radiostansiya, 2 qumbara alışdırıcısı və 3 patron darağı tapılıb.

AJMEDIA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu qəbildən daha bir əməliyyat tədbiri Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Bölmə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ümid qəsəbə sakini X.Verdiyevdən “AKM” markalı avtomat silah, bir patron darağı və 9 patron aşkarlanaraq götürülüb.

Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri fasiləsiz davam etdirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts