Homerin eposu əsasında yeni film çəkiləcək

Tokio, 24 fevral , /AJMEDIA/

Əfsanəvi yunan şairi Homerə aid edilən “Odisseya” epik poeması əsasında yeni film çəkiləcək. Bu dəfə mövzuya italiyalı rejissor Uberto Pazolini quruluş verəcək.
AJMEDIA xəbər verir ki, “Qayıdış” adı verilən filmin ssenarisini Con Kolli və Edvard Bond yazıblar. Kinolayihə hələ 2022-ci ilin aprelində anons olunsa da, çəkilişlərə 2024-cü ildə başlanılacağı bildirilir.
Yunanıstanda çəkiləcək filmdə əsas rolları ingilis aktyor Reyf Fayns və fransız aktrisa Jülyett Binoş oynayacaqlar. Onlar 9 “Oskar” mükafatı qazanmış “İngilis pasiyenti” (1996, rejissor Entoni Mingella) filmində tərəf-müqabil olublar.
Ekran əsəri İtaliya, Yunanıstan, Böyük Britaniya və Fransanın birgə istehsalı olacaq.
Qeyd edək ki, Homerin “Odisseya”sı kino sənəti meydana çıxandan bəri dəfələrlə bədii, eləcə də animasiya filmlərinin mövzusu olub. İlk kino nümunəsi 1911-ci ildə İtaliyada lentə alınıb. Bu silsilədə italyan rejissor Mario Kamerininin 1954-cü ildə çəkdiyi film və rus rejissor Andrey Konçalovskinin Hollivudda işləyərkən 1997-ci ildə ekranlaşdırdığı ikiseriyalı “Odisseya” (çəkilişlərin bir hissəsi Türkiyədə aparılmışdı) daha çox məşhurdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts