Hollivud ulduzu Conni Depp uşaq xəstəxanalarına 800 min dollar pul ianə edib

Tokio, 9 iyul , /AJMEDIA/

Amerikalı aktyor Conni Depp xəstə uşaqlara 800 min dollar pul ianə edib.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, 59 yaşlı aktyorun şəxsi “Never Fear Truth” təşkilatı vasitəsilə xeyriyyəçilik etdiyi xəstəxanalar siyahısında Los-Anceles uşaq xəstəxanası, Pert şəhəri uşaq xəstəxanası fondu və “Footprint” koalisiyası, eləcə də “Great Ormond Street Hospital” xeyriyyə təşkilatı da var.
“Biz Vaşinqton ştatının xəstə uşaqlarına dəstək göstərdiyi səxavətinə görə C.Deppə səmimi qəlbdən təşəkkür edirik. Bu vəsaitlər Pert şəhəri uşaq xəstəxanasının xeyli problem və çatışmazlıqlarının aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək”, – deyə xəstəxananın əməkdaşı bildirib.
Qeyd edək ki, “Karib dənizinin quldurları” filminin ulduzu bu səxavətli addımını keçmiş həyat yoldaşı Amber Hörd ilə altı həftəlik məhkəmə mübarizəsinin bitməsindən qısa müddət sonra atıb. Conni Depp əvvəllər də dəfələrlə uşaq klinikalarına yardım göstərib və məşhur kapitan Cek Sərçə obrazında xəstə uşaqları şəxsən əyləndirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts